Gündəm Özəl

“Azərbaycan İrana qarşı baxışını yenidən gözdən keçirmək məcburiyyətində qala bilər” — Politoloq

“Azərbaycan İrana qarşı baxışını yenidən gözdən keçirmək məcburiyyətində qala bilər” — Politoloq

“İranın Azərbaycana qarşı destruktiv düşmən mövqeyi davam etməkdədir“.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Politoloq qeyd edib ki, İran Azərbaycana qarşı olan aqressiv hərəkətlərini heç cür əsaslandıra bilmir.

“Azərbaycanı daha əvvəllər hərbi təhdidlərlə və ya regionda sərhədlərin dəyişdirilməyəcəyi ilə təhdid edən İran nəyə görəsə 30 il ərzində Azərbaycanın İranla sərhəddinin işğal edilməsinə heç səsini də çıxartmayıb. İndi cəmi 40 km-lik Zəngəzur İranla sərhəddinə görə bu qədər hay-həşir qopardır. Halbuki, orada Azərbaycan Ermənistan ərazi bütövlüyünə qarşı hər hansı bir təhdid törətməyib. Necə olur ki, İran Azərbaycanın öz sərhədlərini bərpa etməsinə mənfi reaksiya verir. Amma, Avropa ölkələrinin, Fransanın missiyasının gəlib Zəngəzurda yerləşməsinə heç cür səsini çıxartmır. Bu, onu deməyə əsas verir ki, İran əslində regionda bildirdi ki, islama və insanlığa, sülhə xidmət etməməklə, Avropanın bəzi ölkələri ilə ortaq şəkildə regional stabilliyi pozmaq, anti-Azərbaycan, anti-Türkiyə, hətta son dövrlərdə Avropa İttifaqı ilə birlikdə anti-Rusiya siyasəti həyata keçirir. Bu heç bir halda Azərbayca tərəfindən aydın məsələdir ki, qəbul edilə bilməz. Əgər İran belə davam edərəsə, Azərbaycan öz müttəfiqləri ilə Türkiyə, Pakistan və İsraillə birlikdə İrana qarşı öz tutumunu, öz baxışını yenidən gözdən keçirmək məcburiyyətində qala bilər”.

Aynurə Demokrat.az

D
demokrat.az