Dünya

ABŞ Ukraynaya hərbi yardım edəcək

ABŞ Ukraynaya hərbi yardım edəcək

ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardım etməyi planlaşdırır.

Bubarədə məlumatı Ağ ev rəsmisi yayıb.

Məlumatda hərbi yardım paketində hava hücumundan müdafiə sistemləri olacağı qeyd olunub:

“ABŞ Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi müzakirə edir. Çünki bu, müharibənin indiki mərhələsində Kiyev üçün ən böyük ehtiyacdır”. Qeyd olunur ki, Bayden administrasiyası Rusiya tərəfinin pilotsuz təyyarələrin vurduğu zərərlə bağlı Ukrayna tərəfi ilə məsləhətləşəcək.

D
demokrat.az