Gündəm Özəl

Yeysk şəhərindəki yanğın söndürüldü: 5 ölü, 25 yaralı

Yeysk şəhərindəki yanğın söndürüldü: 5 ölü, 25 yaralı

Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində təyyarənin həyətə çırpıldığı yaşayış binasında yanğın söndürülüb.

Demokrat.az xəbər verir ki, Yeysk şəhərinin İctimai Təhlükəsizlik məntəqəsindən verilən xəbərə görə, hazırda xilasedicilər bütün mərtəbələri yoxlayır.

Hələlik binanın uçması təhlükəsi yoxdur.

Qeyd edək ki, Rusiyanın cənubundakı Yeysk şəhərində Su-34 qırıcı-bombardmançı təyyarəsi mühərriklərindən biri alovlandıqdan sonra qəzaya uğrayıb.

Dağılan yanacaq alovlanıb və o, yaxınlıqdakı yaşayış binasına keçib. Nəticədə 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Leyla Demokrat.az

D
demokrat.az