Gündəm Özəl

“İrandakı sosial vəziyyət şah rejimindən daha pis bir haldadır” — TƏHLİL

“İrandakı sosial vəziyyət şah rejimindən daha pis bir haldadır” — TƏHLİL

“İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət əslində, bu ölkənin əsl mahiyyətini göstərir. Hazırda İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Onun sözlərinə görə, İran cəmiyyəti artıq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, anti-insani davranışı qəbul etmir.

“İrandakı sosial vəziyyət, hətta şah rejimindən daha pis bir haldadır. Rejim özü bunun fərqində olsa da, hələ də effektiv addımlar atmır. Əksinə, Qərblə rəqabət fonunda nəticə əldə etməyə çalışır. Hazırkı etiraz aksiyalarının tempi belə davam etsə rejimin devrilməsi ilə nəticələnə bilər”.

Aynurə Demokrat.az

D
demokrat.az