Daxili siyasət

Pənah Hüseynin partiyası Tural Abbaslının partiyasına birləşir?

Pənah Hüseynin partiyası Tural Abbaslının partiyasına birləşir?

Ağ Pariyanın sədri Tural Abbaslı Pənah Hüseynin sədri olduğu Azərbaycan Xalq Partiyasının T.Abbaslının rəhbərlik etdiyi partiyaya birləşəcəyi barədə yayılan iddialara münasibət bildirib.

Demokrat.az xəbər verir ki, T.Abbaslı Pravda.az-a açıqlamasında deyib ki, bu, şayiədir.

“Mənə də maraqlıdır ki, bu şaiyələr hardan yaranır. Ola bilsin, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı partiyalar birləşmə haqqında bir-biriləri ilə məsləhətləşir, gələcəyə dair planlar qururlar. Lakin Ağ Partiya olaraq nə Pənah Hüseyn, nə də digər partiya sədrləri ilə birləşmə barədə müzakirə aparmamışıq, heç kimə də təklif etməmişik. Heç kim də bizə bu təklifi etməyib. Əslində, şəxsi münasibətlər baxımından Pənah bəylə dostuq. Həm də partiyalarımız əməkdaşlıq edir. Ağ Partiya ilə Azərbaycan Xalq Partiyasını müttəfiq partiyalar hesab etmək olar. Təbii ki, birgə tədbirlər, toplantılar olur. Amma indiyədək birləşmə ilə bağlı hansısa müzakirə olmayıb”.

D
demokrat.az