"Hazırda lazımi bütün müdaxilələri həkimlərimiz sağ olsun edirlər."
Demokrat.azxəbər verir ki, bunu Türkiyənin Bartın vilayətinin Amasra səmtində mədən ocağında baş verən partlayışda yaralanan və təcili yardım təyyarəsi ilə İstanbula gətirilən mədənçilərə baş çəkən prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
Müalicə olunduqları xəstəxanada mədənçilərin səhhətiylə maraqlanan Ərdoğan daha sonra mətbuata açıqlama verib.
Xəstəxanada olan 6 xəstənin təcili yardım təyyarəsi ilə bura gətirildiyini bildirən Ərdoğan, "Onlardan 5-nin vəziyyəti ağırdır, birinin hazırda vəziyyəti normaldır. Onunla bir az söhbət etdik. Digərlərini sadəcə kənardan izlədik, həkimlərimiz bizə ətraflı məlumatı verdi. Həkimlərimiz 24 saat yanlarındalar. Lazımi hər şeyi edirlər” deyə qeyd edib./Visiontv.az


