“Praqada dördtərəfli bəyanatdan sonra Ermənistan tərəfinin növbəti dəfə atəşkəsi pozması əlbəttə ki, Ermənistanın sülhə maraqlı olmadığını göstərir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, delimitasiya və demarkasiya prosesinin həyata keçirilməməsi də bunun bariz nümunəsidir. “Ermənistan tərəfinin də əsas planı 12-14 sentyabr hadisələrində sonra yenidən ordunu komplekləşdirmək və Azərbaycan ordusuna hücum edib, əvvəlki mövqelərinə qaytarmaqdır. Buna görə də, Ermənistan tərəfi atəşkəsi mütəmadi olaraq pozacaq. Avropa Müşahidə Missiyasının Ermənistana gəlməsinə baxmayaraq, Ermənistan bu kimi təxribatçı əməllərlə prosesi sabotaj edəcək və Azərbaycanı ittiham edəcək. Guya ki, Azərbaycan Ermənistan ərazisinə təcavüz edib, Azərbaycan atəşkəsi pozub. Bütün bunlar rəsmi Yerevanla Parisin planıdır və əsas məqsəd sülh prosesini pozmaqdan ibarətdir. Əgər Ermənistan tərəfi atəşkəsi davam etdirsə, əldə olunan razılaşmalar yerinə yetirilməsə, əlbəttə ki, növbəti hərbi dislakasiya baş verə bilər. Burada Ermənistan tərəfi, siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycanın 5 təməl prinsipinin qəbul edilməsinə, sülh sazişinin detallarının qəbul edilməsinə baxmayaraq, Ermənistan ikili oyun oynayır və manipulyasiya edir. Bu prosesləri sabotaj etməkdir, Avropa İttifaqının vasitəçiliyinə kölgə salmaqdır. Əgər bundan sonra növbəti mərhələdə dislakasiya baş versə, Azərbaycan artıq bu məsələni Avropa İttifaqına bildirməli və Ermənistana qarşı ciddi siyasi tədbirlər görülməsini tələb etməlidir”.