Gündəm

General: "Su kəmərində baş vermiş qəza yerinə 10-dan artıq texnika və 14-ə yaxın nasos gətirilib"

General: Su kəmərində baş vermiş qəza yerinə 10-dan artıq texnika və 14-ə yaxın nasos gətirilib

"Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 10-dan artıq texnikası və 14-ə yaxın nasos gətirilib"

Demokrat.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov deyib.

O bildirib ki, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub:

"İlk əvvəl məqsədimiz magistral yolun tam açılmasına nail olmaqdır. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub".

D
demokrat.az