Sosial media Özəl

“Ekstremal şəraitdə çevik qərar qəbul etmək lider insanlara xasdır” — Rəşad Məcid qəzadan DANIŞDI

“Ekstremal şəraitdə çevik qərar qəbul etmək lider insanlara xasdır” — Rəşad Məcid qəzadan DANIŞDI

Mətbuat Şurasının sədri, tanınmış jurnalist Rəşad Məcid Bakı-Qazax magistral yolunda baş verən qəzaya münsibət bildirib.

Demokrat.az-ın xəbərinə görə, MŞ sədri vəziyyətdən çıxış yolu tapmaq üçün çevik ağıl tələb etdiyini qeyd edib.

"Bakı-Qazax yolunun Lökbatan istiqamətində su kəməri partlayıb, avtomagistralı su basıb. Bəlkə 10 kilometrlik tıxac yaranıb. Maşınlar addım-addım irəliləyir.

Vəziyyətdən çıxış yolu tapmaq çevik ağıl tələb edir. Neyləməli? Qarşı su, arxa tıxac. Belə vəziyyətdə aiddiyyatı dövlət qurumları vəziyyəti təhlil edib düzgün qərar qəbul etməyi bacarmalıdırlar. Tıxacın qarşısını almaq üçün maşınları qarşı yola yönəltmək , yaxud vaxtında əhalini xəbərdar edib Şamaxı yolundan istifadəni tövsiyə etmək olardı. Ekstremal şəraitdə çevik qərar qəbul etmək isə lider insanlara xasdır. İrəli düşmək, situasiyanı ələ almaq mühüm keyfiyyətdir" - deyə R.Məcid vurğulayıb.

Həsən Demokrat.az

D
demokrat.az