Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının Ukrayna dövlətinə dəstəyi məqsədilə sifarişlə Moldovada şərab istehsal edilib.
Demokrat.az xəbər verir ki, şərab şüşəsinin üzərində yerləşdirilən etiketdə GUAM üzvü olan ölkələrin adı qeyd edilsə də, nədənsə Azərbaycanın adı çıxarılıb.
Məsələ ilə bağlı GUAM-ın Kiyevdə yerləşən Baş Qərargahından bildirilib ki, şərab şüşəsinin üzərində əvvəlcə bütün GUAM üzvü olan ölkələrin adları nəzərdə tutulsa da, sonradan Azərbaycanın GUAM-dakı nümayəndəsinin razılığı alınmadığı üçün ölkənin adı orada qeyd olunmayıb.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri, həmçinin GUAM-dakı nümayəndəsi Elmira Axundovadır. Onun bir neçə aydır ki, Bakıda olduğu deyilir.
Xatırladaq ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatı 1997-ci il oktyabrın 10-da yaradılıb.
1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olub. 


Vaqif Hüseynli Demokrat.az


