Bartının Amasra rayonundakı mədəndə partlayışında ölənlərin sayı artıb.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca partlayışda həyatını itirənlərin sayının 22-yə çatdığını açıqlayıb.
“Bartında mədəndə baş verən partlayışda 22 vətəndaşımızı itirdik. Hər birinə Allahdan rəhmət diləyirəm. Millətimizə başsağlığı verirəm. Yaralıların ən qısa zamanda sağlamlıqlarına qovuşmaları üçün əlimizdən gələni edirik”, - deyə o bildirib.
00;19 Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışda 14 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu jurnalistlərə açıqlamsında mədəndəki partlayışda 14 nəfərin öldüyünü bildirib.
***23:41
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində iki nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.
Nazir əlavə edib ki, hadisə yerinə 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.
***22:35
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu Bartın vilayətində daş kömür mədənindəki partlayış baş verən əraziyə yola düşüblər.
Demokrat.az xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
***22:11
Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.
Demokrat.az xəbər verir ki, Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil transformator qəzasının partlayışa səbəb olduğunu bildirib.
O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib.
***21:47
Demokrat.az xəbər verir ki, Bartında partlayış baş verən mədəndən öz vasitəsi ilə çıxan fəhlə başına gələnləri danışıb:
“Biz bir az geri qalmışdıq. Toz-duman oldu, nə baş verdiyini bilmirik".
Jalə Demokrat.az
***21:36
Xəbər verdiyimiz kimi, Bartının Amasra rayonunda mədəndə 300 metr dərinlikdə partlayış baş verib.
Demokrat.az xəbər verir ki, mədənçilərin çıxarılması istiqamətində işlər aparılır.
Bartın valisi Nurtaç Arslan qeyd edib ki, yerin 300 metr dərinliyində 44, 350 metr dərinliyində isə 5 nəfər qalıb.
Hələlik 8 nəfər xilas edilib. Hadisə yerində xilasedicilər və çox sayda sağlamlıq qrupu işləyir.
Partlayışın səbəbi hələlik məlum deyil.
Jalə Demokrat.az
***21:12
Bartının Amasra rayonunda kömür mədənində partlayış baş verib.
Demokrat.az xəbər verir ki, Türk Taşkömürü Təşkilatı hadisənin yerli saatla 18:15-də baş verdiyini açıqlayıb. Hadisə yerinə çox sayda xilasedicilər və həkim qrupu sövq edilib.
Yeraltından mədənçilərin çıxarılması istiqamətində işlər aparılır.
Partlayışın səbəbi hələlik məlum deyil.
Bartın valisi Nurtaç Arslan bildirib ki, partlayış olub və hələlik partlayışın hansı səbəbdən törədildiyi bəlli deyil.
Bartın’da maden ocağında patlama meydana geldi. Olay yerine AFAD, itfaiye ve çok sayıda sağlık ekibi sevk edildi.https://t.co/9yUsvh7me5 pic.twitter.com/3ApzDybbVE
— TRT Haber Canlı (@trthabercanli) October 14, 2022
Jalə Demokrat.az


