Hadisə

Bakıda ticarət obyektində başlayan yanğın söndürüldü — YENİLƏNİB + FOTO/VİDEO

Bakıda ticarət obyektində başlayan yanğın söndürüldü — YENİLƏNİB + FOTO/VİDEO

"FHN-in Nərimanov və Binəqədi rayon yanğından mühafizə bölmələrinin 16 texnikası və 80 nəfərə yaxın canlı qüvvəsi hadisə yerinə cəlb olunub".

Demokrat.azxəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanğın 18 dəqiqəyə söndürülüb: "İki mərtəbəli obyektin birinci mərtəbəsi quru meyvələr satışı bazası, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərib. Restoran hissəsi təxminən 240 kvadratmetr sahədə yanıb. Obyektin birinci mərtəbəsi və qonşu obyektlər yanğından mühafizə olunub. Məhsullar xilasedicilər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub".

Rəis müavini bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb: "Yanğının səbəbləri araşdırılır"./"Report" 10-35 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bakıda ticarət obyektində başlayan yanğın söndürüldü — YENİLƏNİB + FOTO/VİDEO
Bakıda ticarət obyektində başlayan yanğın söndürüldü — YENİLƏNİB + FOTO/VİDEO
10-06 Bakı şəhəri, Binəqədi rayonu ərazisində güclü yanğın başlayıb.

Demokrat.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, 8-ci mikrorayon Naxçıvani küçəsi 55 ünvanında yerləşən zavodda başlayan yanğın güclü alovla müşahidə edilir.

Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

Əlavə məlumat veriləcək.

D
demokrat.az