Demokrat.az Kulis.az-a istinadla müğənni Elnarə Xəlilova haqqında maraqlı faktları təqdim edir.
Elnarə Sabit qızı Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 saylı ota məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib.
***
Ankara Film Festivalında yarışacaq filmlər açıqlandı Böyük ümidlər - Vüqar Babazadədən yeni hekayə Milli Dram Teatrı “Dəli yığıncağı”nı yenidən göstərəcək Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib.

***
1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek-vokalisti olub. Qrupdan ayrıldıqdan sonra "Şərq ulduzları" uşaq teatrında çalışıb. Sonradan "Elnarə və onun dostları" qrupunu yaradıb. 2003-cü ildə "SS Production" şirkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb.
***
Elnarə Xəlilova "Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul" kimi mahnıları ilə böyük məşhurluq qazanıb. 
***
2006-cı ildə Elnarə Xəlilova əvvəllər "Lider" televiziyasında jurnalist, aparıcı kimi fəaliyyət göstərmiş, hazırda Dövlət Sərhəd xidmətində çalışan hərbçi Rövşən Cahangirovla ailə həyatı qurub. Bir müddət ailəsinə görə sənətdən uzaqlaşan müğənninin 1 qızı, 3 oğlu var. Müğənni müsahibələrinin birində həyat yoldaşı haqqında deyir: 

***
Elnarə ailə haqqında suallara cavab verərkən deyir:
“Ailə dağıtmaq 1 saniyədə belə olar, amma qurmağa çox zaman lazımdır. Əlimizdə olanların dəyərini bilmirik. Hər zaman xanımlara dəstək olmuşam. Elə situasiya olur ki, ər içir gəlir evə, pul qazanmır, döyür, söyür. Mən belə hallarda qadına haqq verirəm, buna dözmək olmaz. Mən öz rəfiqəmə “boşan” sözünü demiş, məsləhət vermiş adamam. Onu boşatdırmışam, ona “bu adamdan sənə ər olmaz” demişəm, 7 illik ailə dağılıb. Mən də anayam, mənim də 4 övladım var. Mənim də yoldaşımın işdən əsəbi, ac gəldiyi, əlinin gətirmədiyi vaxtlar olur. Hər xırda şey olanda durub ailəmi dağıtmalıyam? Mən özümü elə aparmaram ki, o məni təhqir etsin. Sən ərinin sözünə qulaq asmalısan. Evdə böyük atadır, ərdir. Hər şey qadının əlindədir. Mən ailə dağıtmağın tərəfdarı deyiləm”. 
*** Ailə qurduqdan sonra isə o, öz dərin dekolteli gəlinlik paltarını belə tənqid edirdi hətta, zarafatyana deyirdi ki, ərimə demişəm, mən bunu geyinmək istəyirdim, istəyirdim, bəs sən hara baxırdın? 
“Hamı deyir ki, birdən-birə necə Baş leytenant rütbəsi aldın? Mən də izah edirəm ki, bu rütbələri elə-belə adama vermirlər. Mən iki universitet bitirmişəm. Azərbaycan Dillər Universitetini bitirmişəm. Fövqəladə Hallar Nazirliyində tibb bacısıyam. 2004-cü ildən bu günə qədər təmənnasız hərbi xidmətdə olmuşam. Hara çağırıblarsa, getmişəm”. 


