Hadisə

Bakıda avtobusla dövlət agentliyinin “KamAZ”ı toqquşdu — FOTO

Bakıda avtobusla dövlət agentliyinin “KamAZ”ı toqquşdu — FOTO

Bu gün Bakıda marşrut avtobusu ilə yük maşını toqquşub.

Demokrat.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində - metronun “Əhmədli” stansiyası yaxınlığında baş verib. 57 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu Ecobus” markalı avtobusla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “KamAZ”ın toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb edilib.

Hadisə barədə əlavə məlumat veriləcək.

Bakıda avtobusla dövlət agentliyinin “KamAZ”ı toqquşdu — FOTO
Bakıda avtobusla dövlət agentliyinin “KamAZ”ı toqquşdu — FOTO

D
demokrat.az