Kriminal Özəl

"Pulu günahlarımın bağışlanması üçün vermişəm" — "İmam Mehdi"nin işində zərərçəkmiş

Pulu günahlarımın bağışlanması üçün vermişəm — İmam Mehdinin işində zərərçəkmiş

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Daşqın Aslanov ifadə verib. O bildirib ki, Aqil Babayevin əməllərinə görə ona 70 min manat ona ziyan dəyib: "Həmin pulu müxtəlif vaxtlarda şəhid ailələrinə kömək etmək, zəkat vermək və günahlarımın bağışlanması üçün vermişəm. Buna 2000-ci ildən başlayaraq hər dəfə 3 şirvan bir, 5 şirvan bir, 100 manat birx 200 manat bir zəkat vermişəm".

Zərərçəkmiş qeyd edib ki, bundan əlavə ilk vaxtlarda evini satıb və 20 min dollar pulu Aqil Babayev verib: "Ümumilikdə toplayanda 40 min manat pul edir. 2020-ci ilin oktyabrında isə İkinci Qarabağ Müharibəsində döyüşən şəxslərin ailələrinə yardım etmək üçün Aqil Babayevə 8 min manat verdim. Bundan əlavə isə 10 min manat da günahlarımın bağışlanması, paklanmaq üçün vermişəm". Aqil Babayev də zərərçəkmişin yalan danışdığını deyib. Bu zaman iclasda qalmaqal yaranıb. Zərərçəkmiş şəxslər Aqil Babayevə qarşı etik olmayan sözlər işlədib, ona hücum etmək istəyiblər. Onlar ittiham olunan şəxsin hüquqlarını müdafiə edən vəkilləri də təhqir ediblər. Məhkəmə nəzarətçilərinin müdaxiləsi ilə zərərçəkmiş şəxslər zaldan çıxarılıb.

Növbəti proses oktyabrın 25-də.davam edəcək.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib. Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az