Dünya

Bu ölkə vətəndaşlarına Belarusu tərk etməyi tövsiyə etdi

Bu ölkə vətəndaşlarına Belarusu tərk etməyi tövsiyə etdi

Polşa Xarici İşlər Nazirliyi vətəndaşlarına Belarusu tərk etməyi və bu ölkəyə səfəretməməyi tövsiyə edib.

Bubarədə Polşa XİN məlumat yayıb.

Qeyd edilir ki, tövsiyələr regionda artan gərginliklə bağlıdır.

Nazirlik vurğulayıb ki, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı “evakuasiya xeyli çətinləşə, hətta mümkünsüz ola bilər”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə Polşadan olan həmkarı Anjey Duda arasında təcili məsləhətləşmələr aparıldığı bildirilib.

D
demokrat.az