Ukraynanın xalq deputatı Aleksey Qorniçenko Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş olduğunu qeyd edib.
O, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda Ermənistanın Azərbaycanla sərhəddə son təxribatlarına həsr olunmuş plenar iclası çərçivəsində keçirilən debatlarda bildirib.
“Biz inanırıq ki, Azərbaycan və Ermənistan yaranmış problemlərin həllini tapa biləcək. Bu həll yolları hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə əsaslanmalıdır”, - o deyib.


