Siyasət Özəl

Deputat:"Ermənistan təzminat ödəyə bilmirsə, onun müqabilində torpaq verə bilər"

Deputat:Ermənistan təzminat ödəyə bilmirsə, onun müqabilində torpaq verə bilər

“Həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibələrini əhatə edən müharibə cinayətkarlarının cəzalandırılması komissiyasının yaradılması vacibdir”.

Demokrat.azxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc jurnalistlərə açıqlamasında deyib.

Deputat qeyd edib ki, Azərbaycan həqiqətlərinin yayılması istiqamətində ölkəmizə rəğbəti olan xarici diplomatların səfərbərliyi tələb olunur.

"Bu gün Ukraynaya təkcə ABŞ yardımları 26 milyard dollardır. İqtisadiyyatın bərpası üçünsə 500 milyardın ayrılacağı qeyd olunur. Lakin ən azı Zəngilanın bir kəndinin bərpası üçün donor tapmaq və xarici ölkələri səfərbər etmək üçün dünya azərbaycanlıların fəal kampaniya təşkil etməsinə ehtiyac var. 1 milyona yaxın qaçqın və məcburi köçkünə vurulan zərərə uyğun olaraq, “evimin təzminatını ödə” tədbiri kimi gündəmə gətirməliyik. Əgər düşmənin bu təzminatı verməyə pulu yoxdursa, bunun əvəzində torpaq tələb etmək kimi hüququmuz var.Bu planda Zəngəzur dəhlizinin Azərbaycana vurulan hərbi və müharibə cinayətlərinin iqtisadi-siyasi mülki ziyanlarının əvəzində verilməsi daha doğru olardı. İstəyirik ki, ictimai fikrə, siyasi aləmə bu daxil olsun. Əminəm ki, bu özünəməxsus güc yaradacaq".

Aynurə Demokrat.az

D
demokrat.az