Bu gün səhər saatlarında Kiyev və Dneprdə bir neçə partlayış baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə informasiyanı yerli Teleqram kanalları yayıb.
Ukrayna paytaxtında ən azı beş partlayış səsi eşidilib. Kiyev vilayətində isə hava hücumundan müdafiə sistemi raket zərbələrinin qarşısını alıb.
"Suspilna" nəşri yazır ki, Dneprdə səhər saatlarında partlayış səsləri eşidilib. Şəhərdə və vilayətdə hava həyəcanı elan edilib.
Bizim.media

