"Bu gün konfransda çıxışlar zamanı erməni lobbisinin və diasporunun güclü olmasından danışıldı. Hesab edirəm ki, bizdə də bu sahədə ciddi işlər görülməlidir".
Bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. Deputat qeyd edib ki, ölkəmizdə yüksək ixtisaslı, mütəxəssislər olanda və onlar yorulmadan çalışanda müəyyən nəticələr əldə etmək olur:
"Bu gün gənclərimiz xaricdə təhsil proqramı çərçivəsində fundamental təhsil alır. Sanki bizə beynəlxalq hüquqşünaslar, jurnalistlər lazım deyil. Hesab edirəm ki, bu istiqamətdə mühüm addımlar atılmalıdır. Niyə ingilis dilində yalnız humanitar fənlər tədris olunmalıdır? Hesab edirəm ki, bu sahədə hüquqşünasların və jurnalistlərin inkişaf etdirilməsinə ehtiyac var. Çünki biz 44 günlük Vətən müharibəsində güclü iqtisadiyyatımız və ordumuz sayəsində Ermənistan ordusuna qalib gəldik. Düşünürəm ki, düşmənin iş prinsiplərini və onlara necə təsir etməyin yollarını öyrənməliyik. Bunu Azərbaycan informativ müstəvidə də rəsmiləşdirə bilərik".
Aynurə Demokrat.az


