"Sizinlə birgə yaşadığımız son iki ili, 27 sentyabr-10 noyabr tarixini xaqlımız üçün yeni qurtuluş təqvimi kimi qeyd edərkən, parlaq Qələbəmizin ildönümü əvəzinə qarşınıza təəssüf ki, işğal dövrünün səhnələri ilə çıxmışıq. Azərbaycanın bir neçə yüzillik gələcəyini müəyyən edən dönüş salnaməsini, Zəfər təqvimini sonrakı nəsillərə ötürmək, siyasi-ideoloji proqramlara köçürmək vəzifəsini bir an belə unutmadan bizi dünya gündəminə çevirənlərə cavab verməliyik. Bəli, düşmənin məqsədi budur-xalqımızın senyabr müqəddəsliyinə zərbə vursun, milli gündəliyi Qələbə hadisəsindən çıxarsın, qurucu enerjisini xarici meydanlara yönəltsin".
Demokrat.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc deyib. Deputat qeyd edib ki, iki oktyabrda erməni əsgərlərinin qətli ilə bağlı tirajlanan səhnələrin ətrafındakı ajiotaj da ilk növbədə, Qələbəmizə zərbə vurmağı hədəf alıb.
" Praqada böyük sülh müqaviləsinın imzalanmasına ümid yaradan danışıqlar, hərbi qələbəmizin siyasi-diplomatik masaya daşınmasına paralel olaraq, nifaqın qalmasına çalışan qüvvələrin də mütəşəkkliyi artıb. Sülh razılaşması yaxınlaşdıqca, həqiqi düşmənlərin də siması aydın görünür, çoxəsrlik müqanişədən qazananlar açıq səhnəyə çıxırlar.Ermənistanın son 34 ildəki müharibə cinayətlərindən hakimiyyət təmsilçiləri burada danışacaqlar.Lakin bir həqiqət danılmazdır: Azərbaycan dövləti 2-ci Qarabağ müharibəsini beynəlxalq hüquqa və əsas qanunlara tam uyğun apardı.Ölkə rəhbəri 8 noyabr 2021-ci ildə Zəfər günündə xalqa müraciətində deyir, sitat: “biz beynəlxalq hüququ və müharibə qanunlarını pozmadıq. Ədalətli müharibə apardıq və düşməni döyüş meydanında məğlub etdik”. Savaşın 3-cü günü düşmən tərəfi ölkəmizi existensialist təhlükədə-ermənilərin varlığına son qoymaqda suçlandırmağa çalışdı, lakin sonra anladılar ki, gərək on minlərlə mülki insan məhv olsun ki, iddiaları özünü doğrultsun".
"Əvəzində 44 günlük müqəddəs müharibə əsil Nürmberq mühakiməsi oldu. Beynəlxalq ədalət məhkəməsinin və BMT-nin sifətini Azərbaycan ordusu xilas etdi.Ulu öndər Heydər Əliyev 1995-ci ildə xalqımız üçün ağır günlərdə bəyan edirdi ki, sıyqırıma görə başımızı aşağı salmayın, gələcək qələbənizə inanın!".
Aynurə Demokrat.az


