Dünya

Zaporojyeyə raket hücumu: 17 ölü, 40 yaralı var

Zaporojyeyə raket hücumu: 17 ölü, 40 yaralı var

Ukraynanın Zaporojye şəhəri raket hücumuna məruz qalıb.

Demokrat.az xəbər verir ki, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində 17 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Dağıntılar altında qalanların olduğu bildirilir.

Hazırda ərazidə xilasetmə işləri aparılır.

D
demokrat.az