“Zaman-zaman ermənilərin vəhşiliyindən tək biz yox, bütün dünya danışıb. Çünki tarixdə ilk günahsız insanlara silahlı terror həyata keçirən ermənilər olub. Ermənilər əsrin əvvəllərində də xüsusi vəhşiliklə qadına, uşağa, qocaya, gəncə baxmadan ağlasığmaz vəhşilikləri ilə tarixdə iz qoymuş bir toplumdur. Əsasən də, bunu Azərbaycana və türklərə qarşı ən qatı formada həyata keçirmişlər. Bunlarla bağlı arxivlərdə tarixi faktlar mövcuddur. Onların əsrin əvvəllərində insanları tikə-tikə doğraması, gözünü çıxartması, hamilə qadınların qarnını yarmasa, insanları diri-diri basdırması, başının kəsilməsi və s. kimi erməni vəhşilikləri mövcuddur. Xocalıda, Daşaltıda və digər yerlərdə bir daha bu vəhşiliklərə şahid olduq, bir daha erməni vəhşiliyini gözlərimizlə gördük”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, Birinci Qarabağ müharibəsindən bugünədək itkin düşmüş 4 mindən yuxarı vətəndaşımızın taleyindən bugünədək dəqiq bir məlumat yoxdur:
“Biz dəfələrlə beynəlxalq tribunalarda bunu səsləndirmişik və bu barədə bizə düzgün məlumat verilmədiyini bəyan etmişik. Son günlər Edilidə tapılan məzarlıq bu toplumun vəhşiliklərini bir daha üzə çıxartdı. Belə ki, orada əlləri, ayaqları məftillə, kəndirlə bağlanmış insanlar xüsusi amansızlıqla qətlə yetirilmişlər və onların hər biri ekspertizadan artıq sübut olunub. Onların küt alətlərlə vurulması, döyülməsi, xüsusi amansızlıqla, əziyyətlə öldürülməsi və toplu halında basdırılması yalnız erməni tərəfindən ola bilər. Bu insanlığa qarşı vəhşilik və cinayətdir. Biz zaman-zaman bunları üzə çıxarmışıq və dünyaya göstərmişik ki, bunlar kimlərdir. Biz hansı düşmənlə üz-üzə qalmışıq. Bütün bunlar heç bir müharibə qanunlarına sığmayan, heç bir insanlığa sığmayan əməllərdir ki, buna görə onlar həm tarix, həm də məhkəmə qarşısında cavab verməlidirlər. Çox təəssüf ki, hələ də əli qanı bulaşmış çox insanlar ya hakimiyyətdə, ya da müxalifətdə siyasi don geyinərək yaşayırlar. Bu cəlladlar hələ mühakimə olunmayıblar. Onlar barəsində bütün sübutlar toplanılıb və bunların hər biri qanun qarşısında cavab verəcəklər”.
“Bu gün Azərbaycan diplomatiyası, başda Cənab Prezident olmaqla, bunun üçün kifayət qədər əmək sərf edilir. Artıq Edilidə hərbi attaşelərin iştirakı, tarixçilərin, beyin mərkəzlərinin nümayəndələrinin Azərbaycanda olmaları və ora getmələri hər biri hadisələrin dünyaya daha doğru düzgün çatdırılması üçün önəmli məsələlərdir. Bilirik ki, 90-cı illərin əvvəlində bu vəhşiliyi törədən ermənilər orada orqan satışını həyata keçiriblər. Bunun üçün isə xüsusi mafiya qrupunu yaratmaqla dünyaya səs salmışdılar. Belə ki, azərbaycanlıları işgəncələrlə öldürərək, orqanlarını çıxarmışlar və həmin orqanları dünyanın başqa ölkələrinə kütləvi satışını həyata keçirmişlər. Ermənistanın bu sahədə lider olması da bütün dünyaya məlumdur. Çox təəssüf ki yaxınlığmızda belə bir qonşu var. Dininə, irqinə, mənşəyinə baxmadan insanlıq cinayəti törədiblər və hələ də bununla məşğuldurlar. Bu gün mina basdırmaqla, yüzlərlə insanlarımız həyatından olmuş və sağlamlığını itirmişdir. Bütün bunlar isə bəşəri cinayətlərdir”, - deyə deputat sonda qeyd edib.
Aynurə Demokrat.az


