Milli Məclisin deputatı Kamal Cəfərov əlil arabasında oturaraq qazinin problemlərini dinləyib.
Demokrat.az xəbər verir ki, bununla bağlı o, öz feysbuk səhifəsində paylaşım edib. Deputat paylaşımda İkinci Qarabağ müharibəsi qazisi, hər iki ayağını itirmiş 7 qazimizdən biri Natiqin 12-ci əməliyyatı uğurla keçdiyini qeyd edib.
“İnşallah bu son əməliyyatı olar. Natiqlə görüşdük, qayğıları ilə maraqlandıq. Natiq Prezident təqaüdü alır. Dövlət dəstəyi ilə ona ən müasir protez ayaq və avtomobil verilib. Çox şükür ki, bu gün Natiq öz həyatını qurub və çox nikbindir. Hesab edirəm ki, Natiq əsl nümunəvi gəncdir və bizim fəxrimizdir”.
Qeyd edək ki, şərhlərdə deputatın əlil arabasında oturması müsbət qarşılanıb. Vətəndaşlar bildiriblər ki, hər bir deputat qazi arabasında bir dəqiqə oturub, onunla söhbət etməli və bu yolla da onların nələr çəkdiyini anlaya bilərlər.
“Kamal müəllim bugün onun yanında yox, onun arabasında əyləşib, problemi ilə maraqlanır. Bütün məmurlar siz də bir dəqiqə qazilərmizin arabasında əyləşib vicdanınızın səsinə qulaq asın”, – deyə şərhlərdə bildirilib.

Aynurə Demokrat.az


