Dünya Özəl

Aİ-dən Rusiyaya səkkizinci sanksiya PAKETİ

Aİ-dən Rusiyaya səkkizinci sanksiya PAKETİ

Aİ Ukrayna ərazilərinin qanunsuz ilhaqına cavab olaraq Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib.

Bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.

Yeni məhdudiyyət paketinə aşağıdakılar daxildir:

— Rusiya vətəndaşlarının və sakinlərinin kripto pul kisələrinə xidmət göstərilməsinin qadağan edilməsi;

- Aİ ölkələrinin vətəndaşlarının Rusiyanın dövlət şirkətlərində yüksək vəzifə tutmasına qadağa;

— Rusiya orqanlarına və hüquqi şəxslərə İT sahəsində məsləhətlər, hüquqi məsləhətlər, memarlıq və mühəndislik xidmətlərinin göstərilməsinin qadağan edilməsi;

- Aİ-yə 7 milyard dollarlıq malların, o cümlədən polad məmulatları, maşınlar, kimyəvi maddələr, plastik və siqaretlərin idxalına qadağa;

- neftin müəyyən edilmiş limitdən yuxarı qiymətə üçüncü ölkələrə daşınmasına qadağa;

— kömürün, o cümlədən kokslaşan kömürün ixracına qadağa.

Bundan əlavə, Aİ Rusiya Federasiyasından olan şəxslərə və şirkətlərə qarşı şəxsi sanksiyaları genişləndirir. Pseudoreferendumda iştirak edən şəxslərə qarşı da sanksiyalar tətbiq edilib.

Jalə Demokrat.az

D
demokrat.az