Sosial

Deputat: “Qarabağ “atları” da bundan ilhamlanıb “Olimpiakos”u saldılar nallarının altına, tapdaladılar”

Deputat: “Qarabağ “atları” da bundan ilhamlanıb “Olimpiakos”u saldılar nallarının altına, tapdaladılar”

“Praqada keçirilən dördtərəfli görüşdə imzalanan bəyanata görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Amma Ermənistan belə bir bəyanatı 2020-ci ilin 10 noyabrında da imzalamışdı. Paşinyana çox etibar etmirəm…”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

“Qələbə budur ki, Paşinyan razılaşdı, Avropanın mərkəzində, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makronun da iştirakı ilə belə bir sənədə imza atdı. Bu, böyük siyasi qələbəmizdir. Möhtərəm Prezidentin 44 günlük müharibədən sonra qələbələrindən biri də budur. Yəqin “Qarabağ” da bundan ilhamlandı, Qarabağ “atları” da “Olimpiakos”u saldılar nallarının altına, tapdaladılar. Uğurlar arzulayıram!”, - deputat bildirib.

D
demokrat.az