Region Özəl

Rusiyalı müəllimdən tələbələrinə məsləhət — Cəbhəyə yox, həbsə gedin

Rusiyalı müəllimdən tələbələrinə məsləhət — Cəbhəyə yox, həbsə gedin

Rusiyada müəllim səfərbərlikdən qaçmaq üçün tələbələrə həbsxanaya getməyi tövsiyə edib.

Demokrat.az xəbər verir ki, Putin səfərbərlik elan etdikdən sonra ingilis dili müəllimi Olqa Lizunkova tələbələri ilə söhbət edib. Söhbət zamanı müəllim qeyd edib ki, top yemi kimi döyüşə getməməlisiniz, çünki Ukrayna daha güclüdür və yenə də qalib gələcək.

Müəllim uşaqlara məsləhət verib ki, bu vəziyyətdə daha yaxşısı sadəcə həbsxanaya getməkdir.

Qeyd edək ki, hazırda Lizunkovaya qarşı “Rusiya ordusunu gözdən salmaq” ittihamı ilə artıq protokol tərtib edilib. Məhkəmənin qərarına əsasən onu cərimə və ya inzibati həbs kəsiləcək.

Jalə Demokrat.az

D
demokrat.az