Gündəm Özəl

Deputat Saakaşvili ilə tanışlığından DANIŞDI: “Parkda oturub onun çıxışlarına qulaq asırdım“

Deputat Saakaşvili ilə tanışlığından DANIŞDI: “Parkda oturub onun çıxışlarına qulaq asırdım“

“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə eyni universitetdə oxumuşuq. O zamanlar ikimizdə Taras Şevçenko adına Kiyev Milli Universitetində oxuyurduq. Mən onu tanıyanda dördüncü kursda idim, amma o birinci kursda idi. Onu tez-tez Şevçenko parkında görürdüm və həmişə odlu-alovlu çıxışlar edirdi. Bizdə qıraqda oturub ona qulaq asırdıq“.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat vurğulayıb ki, onunla elə əlaqəsi olmayıb:

“Qeyd edim ki, bu insanın danışıq tərzi, məntiqi, özünü aparmağı o vaxtdan fərqlənirdi. Bütün universitetin tələbələrinin içində fərqlənirdi. Ümumiyyətlə, hər bir insan yaxşı mütəxəssis, yaxşı tərcüməçi, yaxşı iqtisadçı, yaxşı siyasətçi ola bilər. Amma qərar vermək, gələcəyə baxmaq, gələcəyin proqnozunu vermək və s. bu tamamilə Allah-təala tərəfindən verilmiş bir vergidir. Mən həmişə demişəm ki, ona xüsusi rəğbətim var. Xarizmatik bir insandır. İnsanları xalqı ayağa qaldırmaq, coşqun formada danışmaq tamamilə başqa keyfiyyətdir. Onu da qeyd etmək istəyirəm ki, cənab Saakaşvili Gürcüstanda böyük dəyişiliklərin əsasını qoydu. Amma adi siyasətçi ilə, adi partiya lideri ilə dövlət başçısı olmaq böyük-böyük fərqdir. Sonda onun siyasətinin nəticəsində Gürcüstanda həqiqətən böyük problemlər başladı. O, Qərbə çox inandı və öz proqnozlarını düz qurmadı. Bunun nəticəsində Abxaziyanı və Cənubi Osetiyanı uduzdu. Yəni, dövlət rəhbəri, millətin lideri olmaq, xalqı, milləti idarə etmək bu tamamilə başqadır. Təəssüflər olsun ki, o, həbsdədir. O, səhv etdi ki, Gürcüstana gəldi. Elə düşünürdü ki, Gürcüstana gələndə millət qalxacaq və onu seçəcək. Bəlkə də, onun proqnozları düz idi, haradasa 40 faizi seçicilərin onu dəstəkləyirdi. Amma gördünüz ki, o, istədiyi kimi alınmadı. Əgər siyasi lider olursansa, millətin lideri olursansa, dövləti idarə edirsənsə gərək düşünməlisən ki, bunlara nə qədər hazırsan. Bunu bacaracaqmı? Bu hər insana nəsib olmur. Burada Möhtərəm Cənab Prezidentin rolunu qeyd etmək istəyirəm. Cənab Prezident də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur və orada dərs deyib, alimlik dərəcələrini alıb. Bax görürsünüz, dövləti idarə eləmək nə savaddan, nə universitetdən asılı deyil. Bu allah vergisi və ailə tərbiyəsidir. Bax, əsas məqam budur“.

Aynurə Demokrat.az

D
demokrat.az