Hadisə

Ad günündən qayıdan ailə qəzaya düşdü

Ad günündən qayıdan ailə qəzaya düşdü

Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.

Demokrat.Az “Report”a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində iki minik maşınının toqquşması nəticəsində ad günündən qayıdan bir ailənin 3 üzvü xəsarət alıb.

Məlumata görə, "90-CF-723" dövlət qeydiyyat nişanlı avtomobildə olan 1979-cü il təvəllüdlü Muradov Şahin və 2009-cu il təvəllüdlü Muradov Məhəmməd qapalı kəllə-beyin travması, 2007-ci il təvəllüdlü Muradlı Zöhrə isə qarının küt travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Demokrat.Az

D
demokrat.az