“AMEA-nın etiraz edən əməkdaşları Ramiz Mehdiyev onlara rəhbər gələndə etirazlarını bildirərdilər. Ramiz Mehdiyev AMEA-nı elə bir günə qoyub, Azərbaycan təhsilinə, Azərbaycandilli mentalitetə şüurlu şəkildə elə zərbə vurub ki, bu, dünya miqyasında görünməmiş bir haldır. Əlbəttə, Mehdiyev çalışır ki, ölkədə narazılıq dalğasını böyütsün. Buna da qismən nail olub. Piketlərin, mitinqlərin, dövlətə qarşı çıxan insanların sayı çoxalıb. AMEA-da işləyənlərin hamısı ziyalı, akademik, elmlər namizədi, professor adamlardırlar. Bu baxımdan Mehdiyev işləri elə qurur ki, xalq arasında böyük narazılıq yaransın. Desinlər ki, Akademiyamıza, təhsilimizə də bu cür münasibət bəsləyirlər, ziyalılarımıza qiymət vermirlər...”
Bu sözləri Pravda.az-a Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev AMEA əməkdaşlarının sayının üç dəfəyə qədər azaldılmasına münasibət bildərərkən deyib.



