Gündəm Özəl

Deputat: “Formula-1 Azərbaycanı doğrudan da, çox gözəl göstərən tədbirdir”

Deputat: “Formula-1 Azərbaycanı doğrudan da, çox gözəl göstərən tədbirdir”

“Ermənistan müharibədə uduzmuş bir tərəfdir. Çox təəssüf ki, hələ də bu məğlubiyyətini qəbul edə bilməyib. Biz açıq-aydın görürük ki, Ermənistan sülh danışıqlarından yayınır. Ona görə də, indi bütün platformalarda Azərbaycana qarşı təxribatlar, hücumlar hazırlayır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib. Deputat qeyd edib ki, erməni lobbiləsi və diasporu bundan sonra çox aktiv sürətdə Azərbaycana qarşı kampaniyalar aparmağa başlayacaq.

“Bu dəfə isə ermənilər Formula 1 yarışları ilə bağlı petisiyaya başlayıblar. Formula 1-i isə ona görə seçiblər ki, Formula 1 qlobal bir tədbirdir. Formula-1 Azərbaycanı doğrudan da, çox gözəl göstərən bir tədbirdir. Azərbaycan Qran-prisi isə indiki Formula1 təqvimində ən gözəl və ən çox tanınan qran-prilərdən biridir. Çünki bu Qran-priyə çox insanlar baxır və çox azarkeşləri var. Bu baxımdan onlar belə bir petisiyanı hazırlayıblar ki, səsləri daha çox eşidilsin. Yəni, bunların yalnız bir məqsədi var: sülh danışıqlarından yayınmaq, daha çox səs salmaq, daha çox diqqət cəlb etmək. Amma bütün bunlar onlara heç bir şey verməyəcək. Çünki Azərbaycan bu müharibədə qalib olmuş tərəfdir, Ermənistan tərəfi ciddi isə böhran içindədir. Əslində, Ermənistanın bu böhrandan çıxmaq üçün yeganə yolu Azərbaycanla sülh danışıqlarına getmək, sülh imzalamaqdır. Qonşuları ilə normal münasibətlər qurmaqdır. Çox təəssüf ki, bunu hələ də dərk etmirlər və Ermənistan cəmiyyətində hələ də o revanşist ideyaları var. Sonda bir daha qeyd edirəm ki, Formula 1 qlobal idman tədbiridir. Bu, 20 -24 ölkədə keçirilir. Formula 1 siyasətdən uzaqdır. Erməni tərəfi bununla heç bir şeyə nail ola bilməyəcək. Əminəm ki, Azərbaycanda növbəti F1 Qran prisi də yüksək səviyyədə təşkil olunacaq”.

Aynurə Demokrat.az

D
demokrat.az