Gündəm Özəl

Siyavuş Novruzov: “Çalışmalıyıq ki, Rusiyadakı vətəndaşlarımıza köməklik göstərək”

Siyavuş Novruzov: “Çalışmalıyıq ki, Rusiyadakı vətəndaşlarımıza köməklik göstərək”

“Rusiyada yaşayan vətəndaşlarımız iki kateqoriyaya ayrılır. Birincisi, Rusiya vətəndaşı olan bizim həmvətənlərimizdir. Digərləri isə ora işləməyə gedən Azərbaycan vətəndaşlarıdır. Təbii ki, ikinci kateqoriyada olan miqrant vətəndaşlarımız orada müvəqqəti fəaliyyət göstərirlər. Bilirik ki, bu gün Rusiyada qismən səfərbərlik elan olunandan sonra oradan gəlmək məsələsi çətinləşib. Çünki digər miillətlər də müxtəlif ölkələrə üz tuturlar. Soydaşlarımız da bu səbəbdən vətənə geri qayıtmaqda çətinliklərlə üzləşirlər. Ona görə də, bilet məsələsində problem var. Ancaq aidiyyatı strukturlar bununla məşğuldurlar. Çalışmalıyıq ki, vətəndaşlarımıza lazımi köməklikləri göstərək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Deputat Rusiya vətəndaşlığını qəbul etmiş soydaşlarımızın müharibə iştirak etmək məsələsinə də toxunub:

“Azərbaycanda ikili vətəndaşlıqla bağlı qanun yoxdur. Qanuna görə, əgər vətəndaş başqa bir ölkənin vətəndaşlığını qəbul edirsə, o zaman avtomatik olaraq Azərbaycan vətəndaşlığından imtina olunur. Bizdə ikili vətəndaşlıq olmadığına görə, Rusiya vətəndaşı olan azərbaycanlılar artıq Rusiyanın vətəndaşı sayılırlar. Əlbəttə ki, onların qanunları fəaliyyət göstərməlidirlər. Əgər vətəndaş o ölkənin tamhüquqlu vətəndaşıdırsa, orada seçmək və seçilmək hüququna malikdirsə, artıq bu adam o ölkənin qanunları ilə pensiya almaq, təhsil almaq hüququ var. Yəni, digər konstitusion hüquqlar digər xalqın nümayəndəsi necədirsə, o cür də azərbaycanlılara şamil olunur. Bilirik ki, Azərbaycanda bir çox xalqların nümayəndələri var. Onlar da Azərbaycan vətəndaşları sayılırlar, Azərbaycan qanunları ilə fəaliyyət göstərirlər. Yəni, başqa ölkənin qanunları ilə fəaliyyət göstərmirlər”.

Aynurə Demokrat.az

D
demokrat.az