Gündəm Özəl

“Azərbaycanda yaşayanlar "Formula-1" yarışını bəyənir və dəstəkləyir” — Deputat

“Azərbaycanda yaşayanlar Formula-1 yarışını bəyənir və dəstəkləyir” — Deputat

“Formula 1 dünyada qlobal tədbirdir. Bu beynəlxalq yarış ölkəmizin imici üçün çox mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, F1 Azərbaycan Qran-prisi hər il Bakıda çox yüksək səviyyədə keçirilib və bu yarışın təşkilatçıları da daim bu qran-prini ölkəmizdə bəyənib.

“Ona görə də, ermənilərin petisiyaya qoşulması, qışqır-bağır salmasının heç bir mənası yoxdur. F1 Azərbaycan qran-prisi bütün təşkilatçılar tərəfindən bəyənilir. Ona görə də, onların nə petisiyalarına, nə də çağırışlarına qulaq asan yoxdur. Azərbaycanda yaşayanlar da bu beynəlxalq idman yarışını bəyənir və dəstəkləyir. Bu. Azərbaycanın imici üçün, turizimin inkişafı üçün böyük bir addımlardır. Ancaq, bu petisiyaya qoşulan azərbaycanlıları başa düşmürəm. Onlar kimin dəyirmanına su tökürlər?! Və onların istəyi nədir? Bəlkə də, bunlar azərbaycanlı deyillər. Yoxlatdırsınlar özlərini, genetik laboratoriyalar var. Bəlkə genetik formada bunlar tam azərbaycanlı deyillər? Erməni qanının da bir xüsusiyyəti var ki, bir damcısı da qana düşdü 50 ildə keçəndən sonra özünün bildirir. Hətta, 100 il keçəndən sonra da bildirir. Ona görə də, mən belə işlərə qoşulan riyakar azərbaycanlıları başa düşmürəm. Başa düşə də bilmirəm, başa düşə də bilməyəcəm”.

Aynurə Demokrat.az

D
demokrat.az