Maraqlı

Ramil Usubov Şeyxin bacısıoğluna vəzifə verdi

Ramil Usubov Şeyxin bacısıoğluna vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Demokrat.az ONA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.

Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısıoğludur.

Xatırladaq ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.

D
demokrat.az