“Ermənistanın Brüssel danışıqlarından yayınması ona xaricdən olan təsirlərin nəticəsidir. Xüsusilə ABŞ-ın sülh danışıqlarını pozmağa istiqamətlənən təşəbbüsləri öz nəticəsini verir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
Politoloqun sözlərinə görə, Nensi Pelosinin İrəvana səfəri, ABŞ Prezidenti Cozef Baydenin Paşinyana təbrik məktubunda işlətdiyi dəstək ifadələri erməni Baş Nazirin dirəniş göstərməsi ilə nəticələnir. 
“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın son çıxışı və Fransa prezidenti Emmanuel Makronun Ermənistan Baş Naziri Nikol Paşinyanla son görüşü zamanı istifadə olunan ritorika bizə bunu deməyə əsas verir. Fransa Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasının zəruri olduğunun fərqindədir və bu istiqamətdə Şarl Mişelin başladığı işi davam etdirməyə cəhd edir. Düşünürəm ki, Paşinyanın nümayəndələri danışıqlar masasına üz tutacaqlar. Amma bütün bunlar regionda irimiqyaslı toqquşmaların baş verəcəyini istisna etmir. Çünki erməni tərəfinin danışıqlar prosesindən belə öz məkrli niyyətlərini həyata keçirmək üçün istifadə etdikləri bizə çoxdan məlumdur və növbəti dəfə də bu üsula əl ata bilərlər. Onlar paralel olaraq Azərbaycnla sərhəddə təxribat əməllərini davam etdirsələr təbii ki, müharibə qaçılmaz olacaq”.
Aynurə Pənahqızı Demokrat.az


