İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistana dəstək verməyə hazırlaşan qonşu İranın xəyanətkar roluna dəlalət edən faktlar daha çox ortaya çıxır.
Ermənistan mediasının yazdığına görə, 44 günlük müharibənin başlaması rəsmi Tehran üçün tamamilə gözlənilməz olub.İran hakimiyyəti Azərbaycan Ordusunun Zəfər hücumunu dayandırmaq üçün Ermənistan hakimiyyətinə hər cür köməklik göstərməyə çalışırdı. 
Danielyanın sözlərinə görə, Paşinyan İranın təkliflərindən imtina edib. Politoloq əmindir ki, Paşinyan bu təklifləri qəbul etsəydi, müharibənin gedişatını və nəticəsini dəyişə bilərdi. 
Erməni politoloq bu qərarını Paşinyanın ABŞ administrasiyası, xüsusən də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton qarşısında üzərinə götürdüyü məsuliyyət və öhdəliklərlə izah edir. Həmin vaxt Tramp administrasiyası Paşinyandan İranla sərhədi bağlamağı tələb etmişdi. 
S. Danielyanın sözlərinə görə, bu gün İran Azərbaycanın milli təhlükəsizliyini təhdid edir.
Zamiq Demokrat.az


