Sosial

Vətən müharibəsi şəhidlərinin xatirəsi Salyanda anıldı — FOTOLAR

Vətən müharibəsi şəhidlərinin xatirəsi Salyanda anıldı — FOTOLAR

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Salyan rayonunda ehtiramla yad olunmuşdur. Salyan rayonunda “27 Sentyabr - Anım Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Jalə Əhmədova, Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, hərbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

İlk olaraq rayon ərazisində şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilmişdir. Daha sonra Anım tədbiri “Şəhidlər” abidə kompleksi və Şəhidlər xiyabanında davam etmişdir. Anım tədbirinin iştirakçıları “Şəhidlər” abidə kompleksini, Şəhidlər xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər. Anım mərasimi Dövlət kukla teatrında nümayiş olunan kompozisiya ilə davam etdirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmışdır.

Mərasim iştirakçıları Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Salyan rayonu Xocalı kənd sakini Məmmədov Elmir Arzu oğlunun şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Anım Günü ilə əlaqədar saat 12:00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Vətən müharibəsi şəhidlərinin xatirəsi Salyanda anıldı — FOTOLAR
Vətən müharibəsi şəhidlərinin xatirəsi Salyanda anıldı — FOTOLAR

D
demokrat.az