Dünya

NATO və Aİ təhlükəsizliklə bağlı birgə bəyanat hazırlayır

NATO və Aİ təhlükəsizliklə bağlı birgə bəyanat hazırlayır

NATO və Avropa İttifaqı (Aİ) təhlükəsizlik sahəsində əməkdaşlığı vurğulayacaq yeni birgə bəyanat yaymağı hədəfləyir.

Demokrat.azxarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə Aİ Komissiyasının binasında görüşüblər.

Görüşdən sonra sosial mediada birgə bəyanat verilib.

Açıqlamaya görə, görüş zamanı Rusiya-Ukrayna müharibəsi və Ukraynaya dəstəyin artırılması müzakirə edilib.

“NATO-Avropa İttifaqı əməkdaşlığı təhlükəsizlik və sabitliyə töhfə verir. Bu səbəbdən biz tərəfdaşlığımızı irəli aparacaq yeni birgə bəyanatla razılaşmağın vaxtının yetişdiyinə inanırıq", - bəyanatda deyilir.

D
demokrat.az