Dünya Özəl

Ərdoğan: "Türkiyə Yunanıstanın təxribatçı siyasətini yaxından izləyir"

Ərdoğan: Türkiyə Yunanıstanın təxribatçı siyasətini yaxından izləyir

Yunanıstan siyasətçilərini təxribata həvəsləndirənlərin əsl niyyəti böyük və qüdrətli Türkiyə qurmaq layihəmizə mane olmaqdır.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O əlavə olaraq deyib ki, (ABŞ tərəfindən - red.) Yunanıstanı Türkiyənin səviyyəsinə yüksəltmək üçün nə hərbi baxımından gücləndirməsi, nə də siyasi və iqtisadi dəstək verməsi kifayət deyil, amma Yunanıstanı bataqlığa sürükləmək üçün kifayətdir:

“Biz əlimizdə olan bütün vasitələrdən istifadə edərək, Yunanıstana qarşı ölkəmizin hüquq və mənafelərini müdafiə etməkdən yan keçməyəcəyik. Türkiyə qonşu Yunanıstanın təxribatçı siyasətini yaxından izləyir”.

Lamiyə Demokrat.az

D
demokrat.az