Xarkov vilayətində rus işğalçılarının daha bir işgəncə kamerası tapılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, həmin kamerada Xarkov vilayətinin işğaldan azad edilmiş Liptsy kəndində SBU “LPR Xalq Milisi” adlanan qruplaşmanın nümayəndələrinin və Rusiya hərbçilərinin işğalçılarla əməkdaşlıq etməkdən imtina edən yerli sakinləri saxlanılıb.
Rusiya hərbçilərinin bu kameralarda saxladıqları dinc insanlara qarşı şiddətli işgəncələr tətbiq etdikləri, bundan sonra onları zorla Rusiya ərazisinə apardıqları bildirilir.
Xatırladaq ki, Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko daha əvvəldə Xarkov vilayətinin işğaldan azad edilmiş ərazisində 10 işgəncə kamerası aşkar edildiyini bildirmişdi.




Jalə Demokrat.az


