Sosial

İcra başçısı şəhid ailəsini ziyarət etdi — FOTO

İcra başçısı şəhid ailəsini ziyarət etdi — FOTO

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Abdullayev Vüsal Şakir oğlunun əvvəllər yaşadığı evinə gedərək ailəsini ziyarət edib.

Demokrat.az xəbər verir ki, şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaqdır. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı onların ailələrinin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini qeyd edib.

Şəhid ailəsinin yaşadığı evin şəritsizliyi və təmirsizliyi nəzərə alınaraq mənzildə əsaslı təmir işlərinin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Şəhidin ailə üzvləri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və qayğısını hiss etdiklərini deyərək Ali Baş Komandana və hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

İcra başçısı şəhid ailəsini ziyarət etdi — FOTO

D
demokrat.az