“Rusiyanın Ukraynada hərbi-siyasi məsələlərinə çatmaması, xüsusilə işğal etdiyi ərazilərin Ukrayna ordusunun əks-hücumu ilə işğaldan azad olunması və həmçinin rus ordusunun elit qüvvələrinin demək olar ki, Ukrayna ərazisində darmadağın edilməsi, qoşunların döyüş qabiliyyətinin aşağı düşməsi, psixoloji vəziyyətin gərgin olması Rusiyanın səfərbərlik elan etməsi ilə nəticələndi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloqun sözlərinə görə, 300 minlik ordu şəxsi heyəti yığmaqla düşünürəm ki, Rusiya ümumiyyətlə, Ukraynada hər hansı bir hərbi məqsədlərinə yenə çata bilməyəcək: “Ümumiyyətlə, Xerson və Donetskdə referundurum keçirir bu ərazilərin Rusiya ilhaq edilməsi istiqamətində. Həmin səfərbərliyə yığdığı qüvvələri bu ərazilərdə yerləşdiriləcək. Ukraynanın əks hücumunun qarşısını alamq üçün. Hesab edirəm ki, səfərbərliyin elan olunması heç də Rusiyanın qələbə çalması ilə nəticələnməyəcək və itkinlərin sayı artacaq. Bu da Rusiyanın siyasi elitasında daxili-siyasi mübarizəni qızışdıracaq. Putindən narazı olan qüvvələrin əlini gücləndirəcək və hərbiçilərin yaxın insanlarının etirazları ilə üzləşəcək. Ümumiyyətlə, bu səfərbərlik Ukraynada məğlubiyyəti daha da inkişaf etdirəcək, ölənlərin sayını çoxaldacaq və siyasi sistemdə laxlamalara gətirib çıxardacaq”.