“Təəssüf ki, Ermənistan uzatdığımız sülh əlimizdən tutmur və sərhəddə mütəmadi olaraq təxribatlar törədir. 23 sentyabrda Kəlbəcər rayonun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yenidən atəşkəsi pozaraq üç hərbçimizi yaralamışdır. Düşmən təxribatlara əl atmaqla Azərbycanı qəsdən hərbi əməliyyata təhrik edir. Ermənistan istəyir ki, Azərbaycan ordusu yenidən silahdan istifadə etsin və dünyaya aqresiyaya qalmaları ilə bağlı car çəksinlər. Amma onlar başa düşmürlər ki, Azərbaycan ordusu ölkə ərazisinin bütövlüyünü qoruyur və ölkəmizin təhlükəsizliyinə ola biləcək hər bir cəhdinin qarşısı çox ciddi şəkildə alır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat əlavə edib ki, Ermənistan kimlərəsə arxalanaraq təxribatlara əl atmaqla özlərinin çirkin planlarını həyata keçirmək istəyirlərsə, çox yanılırlar: “Azərbaycanın Silahlı Qüvvələri heç nəyə baxmayacaq və hətta ölkə daxilində antiterror əməliyyatını keçirməklə separatçı qüvvələrdən torpaqları təmizləyəcəkdir. Ölkənin suverən ərazisinin bütövlüyünü və təhlükəsizliyinin təmin edilməsi BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycanın hüququdur. Əgər Ermənistan Azərbaycana yenidən silaha əl atmağa məcbur edərsə, onlara cəhənnəm yaşadılacaqdır”.
Aynurə Demokrat.az


