“Güney Azərbaycan” hərəkatının fəalı Möhsün Möhsünzadə Ərdəbil şəhərinin Ciral parkında təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
Demokrat.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Güneyli fəal həbs olunarkən döyülüb və onun hara aparılması barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, İranın şəhərlərində Məhsa Əmininin ölümündən sonra baş verən etiraz və iğtişaşlarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb, xeyli insan saxlanılıb.



