Region Özəl

Ruslar məhz bu addımla ABŞ və digər Qərb ölkələrini şantaj edirlər — Kreml yenidən gündəliyə gətirir...

Ruslar məhz bu addımla ABŞ və digər Qərb ölkələrini şantaj edirlər — Kreml yenidən gündəliyə gətirir...

“Rusiyanın işğal etdiyi Ukrayna vilayətlərində referendum keçirəcəyi gözlənilən idi. 24 fevraldan sonra rusların Kiyevi tutmaq planı puça çıxdıqdan sonra və Ukrayna ordusunun Xarkov istiqamətində uğurları Kreml üçün başqa alternativ qoymur. Kreml son ana qədər bu vilayətlərdə qondarma respublikalar adından çıxış edirdi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib. Analitik qeyd edib ki, Xarkov vilayətinin ruslardan azad olunması göstərdi ki, Kiyevin ölkənin cənub-şərq hissəsindən də rusları qovmaq potensialı var:

Ruslar məhz bu addımla ABŞ və digər Qərb ölkələrini şantaj edirlər — Kreml yenidən gündəliyə gətirir...
“Şübhəsiz ki, bunun yaxın gələcəkdə baş verəcəyi ilə bağlı nikbin proqnozlar azdır, lakin ümumi götürüldükdə Ukrayna ordusunun güclənməsi artıq heç kimdə şübhə doğurmur. Kreml işğal edilən vilayətləri Rusiyanın suveren ərazisi kimi rəsmiləşdirməklə, həm ölkə əhalisi qarşısında müəyyən arqumentlər əldə etməyə çalışır və eyni zamanda guya Qərb ölkələrini seçim qarşısında qoyur. Referendumlardan sonra bu vilayətlər Rusiyanın suveren ərazisi kimi təqdim ediləcək və Qərb ölkələrinin artıq bilavasitə Rusiya ərazilərinə hücumlara dəstək verməsi təbliğatı aparılacaq. Ruslar məhz bu addımla ABŞ və digər Qərb ölkələrini şantaj edirlər. Təsadüfi deyil ki, taktiki nüvə zərbəsi endirilməsi məsələsini Kreml yenidən gündəliyə gətirib. İşğal olunmuş vilayətlərin guya Rusiyanın ərazisi kimi rəsmiləşdirilməsi Moskvaya nüvə silahına əl atmaq üçün dırnaqarası legitim bəhanə verə bilər”.

Z.İbrahimli qeyd edib ki, bu addımla Kreml həmçinin geri çəkilmək üçün imkan saxlandığını da diqqətə çatdırmağa çalışır və yenə Qərb ölkələrini seçim qarşısında qoyur:

“Əgər əvvəllər bu vilayətlərin Ukraynanın tərkibində hər hansı statusu müzakirə predmeti olmuşdursa, artıq bu mümkün olmayacaq. Deməli, əgər danışıqlar bərpa olunsa, Rusiyanın ilkin şərtləri qəbul edilməlidir. Gözləmək olar ki, referendumlar Ukraynanın yeni hücumlara sövq edə bilər. Kiyev referendumun nəticələrinin rəsmiləşdirilməsi prosedurları dövründə yeni hücumlara müəyyən nailiyyətlər əldə etməyə çalışa bilər. Ümumilikdə isə gözlmək olar ki, referendumlardan sonra həm siyasi müstəvidə, həm də hərb meydanında qarşıdurma daha da şiddətlənəcək. Bu addımların Qərb ölkələrinin Ukraynaya yardımının həcminin azalmasına səbəb olacağını düşünmürəm. Bu təşəbbüslər Ukrayna əhalisi üçün isə Rusiyaya qarşı vuruşmaqda daha böyük motivasiya yaradacaq”.

Aynurə Demokrat.az

D
demokrat.az