Hadisə

İranda baş verən zəlzələ Naxçıvanda hiss edildi

İranda baş verən zəlzələ Naxçıvanda hiss edildi

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:57-də Naxçıvan stansıyasından 78 km cənub-qərbdə Iran ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib. Yeraltə təkanlar Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.

Demokrat.az

D
demokrat.az