Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya dərin böhranla rastlaşıb. Politoloqun sözlərinə görə, bu dərin böhran Rusiyanın iqtisadi tənəzzülə uğramasına gətirib:
“Ümumiyyətlə, çox mənfi hadisələr, proseslər gedir. Bu, göstərir ki, Rusiya hakimiyyəti dövlətin, hakimiyyətin millətin qarşısında duran vəzifələrinin öhdəsindən gələ bilmir”. Z.Əlizadə nüvə müharibəsinin olması ehtimallarına da aydınlıq gətirib:
“Heç kim ölmək istəmir, bütün insanlar yaşamaq istəyir. Əgər nüvə müharibəsi olarsa, bu bəşəriyyətin məhvi deməkdir. Yuxarıda oturanlar nüvə müharibəsinin nə demək olduğunu yaxşı bilirlər. Çünki nüvə müharibəsində ən varlı adam belə öləcək. Ümumiyyətlə, yer üzündə bəşəriyyət olmayacaq. Ola bilsin ki, hansısa "həşəratlar" qaldı, amma bəşəriyyət tamamilə məhv olacaq”.
Aynurə Demokrat.az


