“Nensi Pelosinin Ermənistana səfəri nə Türkiyəyə, nə də Azərbaycana qarşı deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Engin Özer deyib.
Politoloq vurğulayıb ki, bu səfərdə əsas hədəf Rusiyadır:
“Son zamanlar Ermənistanda Rusiyaya qarşı ciddi etirazlar var. Buradan da aydındır ki, bu səfərdə əsas təhdid Rusiya üçündür. Bilirsiniz ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiyanın verdiyi bir çox sözlər və anlaşmalar var. Bu gün gəldiyimiz nöqtədə Rusiya hələ də çox ciddi addımlar atmayıb və bu məsələdə qərarlıq göstərmədiyini görürük. Hesab edirəm ki, bu ziyarət Rusiyanı ya Türkiyə ilə tam işbirliyinə sövq edəcək, ya da bölgədə ciddi gərginliyə səbəb olacaq götürəcək. Nəticə olaraq bunu söyləyə bilərik ki, bu ziyarət Rusiyanı bir qərar vermək zorunda buraxacaq. Beləliklə, ya Zəngəzur məsələsinin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərəcəklər, ya da Amerikanın bölgədəki gücü artacaq. Dolayısıyla hesab edirəm ki, Rusiya iki yoldan az kötü olanı seçəcək və Türkiyənin lehinə olan Zəngəzur dəhlizinin açılmasına nail olacaqlar. Hətta, buna paralel olaraq Ermənistanı sülh sazişini imzalanmasını təmin edəcəklər. Ümumiyyətlə, bu səfəri Türkiyənin və Azərbaycanın dövlət maraqlarına zərərli olduğunu görmürəm, hətta faydası belə olacaq”.
Aynurə Demokrat.az


