Region

Ölən erməni hərbçilərin yaxınları Müdafiə Nazirliyindən siyahı TƏLƏB ETDİLƏR

Ölən erməni hərbçilərin yaxınları Müdafiə Nazirliyindən siyahı TƏLƏB ETDİLƏR

Sentyabrın 12-də və 13-nə keçən gecə Azərbaycana qarşı son təxribat zamanı Ermənistan tərəfindən ölən hərbçilərin siyahısı Ermənistan Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanmayıb.

Demokrat.az xəbər verir ki, Ermənistan tərəfinin bu addımı erməni ailələrini hiddətləndirib.

Həlak olan erməni hərbçilərin adlarının ictimaiyyətə açıqlanması tələbi ilə sosial şəbəkədə fləşmob da keçirilib.

“Müdafiə Nazirliyindən tələb edirik ki, hərbçilərin adlarını dərhal dərc etsin ki, biz onları tanıyaq, vidalaşaq və yaxınlarına dəstək olaq”, - deyə müraciətdə qeyd olunur.

D
demokrat.az