“Azərbaycanın xarici ölkələrindəki səfirliklərinə vandal hücumlarını qəti pisləyirəm”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında ReAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. Ekspert bildirib ki, bu, yolverilməz bir haldır:
“Səfirliklərin qorunmasının artırılması, bəlkə də müzakirə olunmalı məsələdir. Amma, səfirliklərin qorunması səfirliklərin yerləşdiyi ölkənin boynunun borcudur, o cümlədən də Fransanın boynunun borcudur ki, ərazisində yerləşən diplomatik nümayəndələri Vyana Konvensiyasına görə tam qorunmasını təmin etməlidir. Yəni, bütün insidentlərdə, əsasən də Fransada baş verən insidentdə əsas günahkar Fransa hökumətidir. Fransa hökumətinin borcudur ki, beynəlxalq konvensiyalara görə, Azərbaycanın diplomatik nümayəndəliyini qorusun”.
Aynurə Demokrat.az


